Şriftin ölçüsü :

Saytın rəngi :

Qayğı ilə böyüyən gələcək

26 avqust 2025 | 15:03

Azərbaycan dövləti hər zaman uşaqların hüquqlarını, sağlam inkişafını və cəmiyyətə inteqrasiyasını prioritet istiqamət kimi qəbul etmişdir. Xüsusilə valideyn himayəsindən məhrum olan uşaqlar dövlətin xüsusi sosial müdafiə və qayğısı ilə əhatə olunmuş əhali qruplarındandır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin birinci xanımı və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu sahəyə olan şəxsi təşəbbüsləri illərdir davamlı və təsirli nəticələr verir. Artıq uzun illərdir valideyn himayəsindən məhrum uşaqların həyatına şəxsən toxunan Mehriban xanım təkcə rəhbər kimi yox, bir ana həssaslığı ilə bu məsələni daim diqqət mərkəzində saxlayır.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən uşaq evlərinin və internat məktəblərinin əsaslı şəkildə yenidən qurulması, bu uşaqlara təhsil, tibbi xidmət və psixoloji dəstək sahəsində imkanların yaradılması, bayramlarda, tətil günlərində uşaqlar üçün xüsusi tədbirlərin təşkili, onların cəmiyyətə daha yaxşı inteqrasiya olunması üçün layihələrin həyata keçirilməsi davamlı şəkildə təşkil olunur. Mehriban xanım Əliyevanın bu uşaqlara sadəcə maddi deyil, mənəvi və insani yanaşma ilə göstərdiyi şəfqət və qayğı, onu bu sahədə örnək bir şəxsiyyətə çevirib.

Bu konteksdən yola çıxaraq Nəsimi rayon İcra Hakimiyyətinin və Nəsimi Bələdiyyəsinin rəhbərliyi və məsul əməkdaşları rayon ərazisində yerləşən körpələr evini ziyarət etmiş, valideyn himayəsindən məhrum olan uşaqların qayğıları, sağlamlığı və şəraiti ilə yaxından tanış olmuşdular.

Keçidlər