Qış parkında cari təmir işlərinə başlanılıb.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq–quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, səkilərin, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı təmiri işləri davam etdirilir.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısının keçirdiyi səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində işlər davam etdirilir. Belə ki, rayon ərazisində əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və istirahəti üçün mövcud parklarda, abad həyətlərdə əsaslı və cari təmir işləri aparılır.
Belə ki, rayon ərazisində yerləşən qış parkında istismar müddəti başa çatmış və yararsız vəziyyətdə olan tamet daşlarının, oturacaqların eyni zamanda işıqlandırma sisteminin və yaşıllıqların bərpası işlərinə başlanılmışdır. Qeyd edək ki, parkda yararsız vəziyyətdə olan kiçik tutumlu tullantı qabları da yeniləri ilə əvəz olunacaq. Bu istiqamətdə işlər davam etdirilir.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında abadlıq, quruculuq və təmir işləri davam etdirilir.