Şriftin ölçüsü :

Saytın rəngi :

Qurban bayramı

09 iyul 2022 | 08:02

Qurban bayramı — İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Qurbandan (niyyətdən asılı olaraq) bir hissə pay göndərilir, digər hissələr isə ehtiyac sahiblərinə paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə  kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar.

Beləliklə Nəsimi rayon İcra Hakimiyyəti Qurban bayramı münasibətilə başda Şəhid və qazi ailələri olmaqla rayon ictimaiyyətini və bütün xalqımızı səmimi qəlbdən təbrik edir, sağlıq, xoşbəxtlik və uğur dolu günlər arzulayır.

Qurban Bayramınız mübarək olsun!

Keçidlər