Rayon ağsaqqallarının iştirakı ilə “Yaşıl Dünya Konsepsiyası: Çağırışlar və Perspektivlər” adlı yığıncaq keçirilib
Nəsimi Rayon İcra Hakimiyyəti Ağsaqqalar Şurasının təşkilatçılığı ilə “Yaşıl Dünya Konsepsiyası: Çağırışlar və Perspektivlər” adlı yığıncaq keçirilib.
İlk olaraq çıxış edən Nəsimi rayon Ağsaqqlar Şurasının sədri, tibb elmləri doktoru, professor Vaqif Şadlinski rayon ağsaqqallarını salamlayaraq görüş ilə əlaqədar ətraflı məlumatlar verib. Bildirib ki, cənab İlham Əliyevin sərəncamı ilə 2024-cü il Yaşıl Dünya Naminə Həmrəylik ili elan olunub. Və bu ilin noyabrın 12-dən 22-ə qədər COP29 İqlim Dəyişiklikləri və Çərçivə Konvensiyasının mötəbər iclasının Azərbaycanda keçirilməyi ölkə nüfuzumuzun yüksəkliyindən və aparılan siyasətin uzaqgörənliklə konsepsiyalaşdırıldığından xəbər verir. Bilavasitə rayon ərazisində görülən işləri yüksək qiymətləndirən sədr gələcəkdəki işlərin bu tendensiyada davam edəcəyini bildirib.
Daha sonra çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva tədbirin təşkilinə görə öz minnətdarlığını bildirib və qeyd edib ki, belə görüşlərin təşkili bir daha nümunəvi həmrəylik göstəricisidir. Nəzərə çatdırıb ki, bu müddət ərzində rayonun istənilən yaş qrupu ilə bu mövzu ətarfında bir çox maarifləndirmə tipli görüşlər keçirilib. Həmçinin qeyd edib ki, bu gün rayon ərazisində yaşıl ətraf mühitin mühafizəsi üçün – ağaçların əkilməsi, ətraf mühitin qorunması, yaşıllıqların salınması kimi işlər tam ardıcıl və mərhələli şəkildə icra olunur.
Sonda bir sıra məsələləri özündə birləşdən mövzular müzakirə olunub və rayon ağsaqqalları təkliflərlə çıxış edib və yığıncaq sona çatıb.