Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində abadlıq işləri davam edir.

10 noyabr 2024 | 11:43

Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, həyətlərin, parkların, yol boyu istinad divarlarının, səkilərin, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı və cari təmiri işləri davam etdirilir.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbiri ərəfəsində mərkəzi küçə və prospektlərdə  təmizlik və abadlıq işlərinin, şəhərin ümümi görünüşünə xələl gətirən binaların fasadlarında və müxtəlif ünvanlarda təmir-barpa işlərinin  daha da intensiv şəkildə aparılması davam etdirilir.

Görülmüş işlər nəticəsində rayonun müxtəlif ünvanlarında şəhərin ümumi görünüşünə xələl gətirən  ekoloji cəhətdən məqsədəuyğun sayılmayan primitiv üzlüklər, reklamlar sökülərək yenilənmiş, bərpa işləri aparılmış, yol kənarlarında hasar və istinad divarları təmir edilmişdir.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında  abadlıq, quruculuq və təmir işləri davam etdirilir.

Keçidlər