Rayon ərazisində abadlıq işləri davam edir.
14 noyabr 2024 | 15:47
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, həyətlərin, parkların, yol boyu istinad divarlarının, səkilərin, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı və cari təmiri işləri aparılır.
Rayonun mərkəzi küçə və prospektlərində səkilərdə bərpa işləri aparılır, ehtiyac olan yerlərdə kiçik tutumlu zibil qutuları quraşdırılır.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında abadlıq, quruculuq və təmir işləri davam etdirilir.