Rayon ərazisində abadlıq işləri davam etdirilir
23 iyul 2025 | 12:17
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, səkilərin, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı təmiri işləri davam etdirilir.
Aparılan təmir işləri zamanı yararsız vəziyyətdə olan tamet daşları və bardürlər yenisi ilə əvəz olunur, istinad divarları rənglənir.