Rayon ərazisində aparılan cari təmir işləri davam edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əiyevin tapşırıqlarına əsasən Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması və əsaslı təmiri işləri davam etdirilir.
Qeyd edək ki, Nəsimi rayonu Üzeyir Hacıbəyov, Puşkin, Dilarə Əliyeva, 28 may metrosu və Dəmiryol vağzalı ətrafında cari təmir və təmizlik işləri aparılmışdır.
Görülmüş işlər çərçivəsində qeyd olunan ünvanlarda yaşayış və qeyri-yaşayış binalarının fasadlarında şəhərin görünüşünə xələl gətirən divarlarda və səkilərdə təmir- bərpa işləri və rənglənmə işləri aparılmışdır. Qeyd edək ki, küçələrdə məhəccərlər, tumbalar, işıq dirəkləri, piyada zolaqları rənglənmiş, yararsız vəziyyətə düşmüş piyada səkilərində cari təmir işləri aparılmışdır.
Eyni zamanda mövcud ağaclar budanılmış və digər yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında abadlıq, quruculuq və təmir işləri davam etdirilir.