Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində binaların fasad hissələrində cari təmir işləri aparılıb.

12 mart 2024 | 09:45

Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması və əsaslı təmiri işləri davam etdirilir.

Aparılan  abadlıq və cari təmir  işləri zamanı Nəsimi rayonu ərazisində mərkəzi küçə və prospektlərdə şəhərin ümumi görünüşünə xələl gətirən hasarlarda, istinad divarlarında cari təmir  və boyanma işləri aparılır.

Qeyd edək ki, Nəsimi rayonu Azadlıq prospekti, Rəşid Behbudov, Səməd Vurğun küçələrində şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış və qeyri-yaşayış obyektlərinin fasadlarında cari təmir işlərinə başlanılıb.

Eyni zamanda obyektlərin üzərinə primitiv formada quraşdırılmış reklam lövhələri də  çıxarılaraq fasadlarda təmir bərpa işləri aparılır.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında  abadlıq, quruculuq və təmir - bərpa işləri davam etdirilir

Keçidlər