Rayon ərazisində binaların fasad hissələrində cari təmir işləri davam edir.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması və əsaslı təmiri işləri davam etdirilir.
Aparılan abadlıq və cari təmir işləri zamanı Nəsimi rayonu ərazisində mərkəzi küçə və prospektlərdə şəhərin ümumi görünüşünə xələl gətirən hasarlarda, istinad divarlarında cari təmir və boyanma işləri aparılır.
Qeyd edək ki, Nəsimi rayonu Azadlıq prospekti, Rəşid Behbudov və Səməd Vurğun küçələrində şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış və qeyri-yaşayış obyektlərinin fasadlarında cari təmir işləri davam edir.
Eyni zamanda obyektlərin üzərinə primitiv formada quraşdırılmış reklam lövhələri də çıxarılaraq fasadlarda təmir bərpa işləri aparılır.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında abadlıq, quruculuq və təmir - bərpa işləri davam etdirilir.