Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində binaların fasad hissələrində cari təmir işləri davam etdirilir.

03 may 2024 | 10:25

Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması və əsaslı təmiri işləri davam etdirilir.

Aparılan  abadlıq və cari təmir  işləri zamanı Nəsimi rayonu ərazisində mərkəzi küçə və prospektlərdə şəhərin ümumi görünüşünə xələl gətirən hasarlarda, istinad divarlarında cari təmir  və boyanma işləri aparılır.

Qeyd edək ki, Nəsimi rayonu Azadlıq prospekti, Rəşid Behbudov, Səməd Vurğun və Cəlil Məmmədquluzadə küçələrində şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış və qeyri-yaşayış obyektlərinin fasadlarında cari təmir işləri davam etdirilir.

Eyni zamanda obyektlərin üzərinə primitiv formada quraşdırılmış reklam lövhələri də  çıxarılaraq fasadlarda təmir bərpa işləri aparılır, o cümlədən ekoloji cəhətdən standartlara və normativlərə cavab verməyən üzlük materiallar sökülərək yeniləri ilə əvəz olunur.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında  abadlıq, quruculuq və təmir - bərpa işləri davam etdirilir.

Keçidlər