Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində dezinfeksiya işləri aparılıb.

10 iyun 2023 | 12:17

Rayon ərazisində sanitar-gigiyenik vəziyyəti ciddi nəzarətdə saxlamaqla yanaşı, mütamadi olaraq kompleks tədbirlər və dezinfeksiya işləri davam etdirilir.

Nəsimi rayonunda aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə görülən tibbi-profilaktik tədbirlər çərçivəsində küçə və prospektlərdə, parklarda, yollarda, ticarət obyektlərində dezinfeksiya işləri aparılıb.

Eyni zamanda metrostansiyaların çıxışlarının ətrafları, inzibati və yaşayış binaların ətrafları, binaların giriş bloklarında, lift kabinələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarında,  sərnişin dayanacaqlarında və digər yerlərdə təchiz olunmuş işçi qrupları tərəfindən tibbi-profilaktik - dezinfeksiya işləri aparılıb.

Tələb və tövsiyyələrə  uyğun olaraq rayon ərazisində  sanitar epidemioloji normalara davamlı əməl olunması  istiqamətində mütəmadi olaraq zəruri tədbirlər  görülür.

Keçidlər