Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində eyni zamanda məktəb və məktəbəqədər müəssisələrdə geniş miqyaslı iməcilik və dezinfeksiya işləri aparılmışdır.

04 mart 2023 | 12:45

Rayon ərazisində eyni zamanda məktəb və məktəbəqədər müəssisələrdə geniş miqyaslı iməcilik və dezinfeksiya işləri aparılmışdır.

İməciliyin məqsədi rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarını daha da genişləndirmək, rayonun ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissini təbliğ etməkdir.

Keçirilən iməcilik zamanı royonun kommunal xidmətləri tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bardürlərin, işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində abidələrin, yaşıllıqların,  oturacaqların təmizlənməsi və yuyulması işləri həyata keçirilmişdir.

Eyni zamanda parklarda, abad həyətlərdə, xiyabanlarda qeyri sabit hava şəraitindən sonra yaranmış  fəsadlar aradan qaldırılmış, sanitar təmizlik işləri aparılmışdır. Küçələr boyunca yerləşən yağış suları axıdan kürəbəndlər və magistral yol, prospektlərin kənarları yuyularaq təmizlənib, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında ümumi sanitar təmizlik işləri görülmüşdür.

Ekoloji mühitin sağlamlaşdırılması və paytaxtımızın daha da gözəlləşməsinə yönəlmiş işlər çərçivəsində parklarda, abad həyətlərdə, xiyabanlarda mövsümi budanma və təmizlik işləri də aparılmışdır.

Qeyd edək ki, keçirilən iməcilik zamanı sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün rayon ərazisindəki mövcud parklarda, məhəllə və həyətlərdə olan avadanlıqların cari təmir işləri də aparılmışdır. Park və məhəllələrdə yerləşən oturacaqlarda, idman  meydançalarında  təmir,  eyni zamanda sanitar-təmizlik işləri aparılmışdır.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun ayrı-ayrı ünvanlarında təmizlik, abadlıq, quruculuq və yenidənqurma işləri davam edir.

Keçidlər