Rayon ərazisində iməcilik keçirilib, sanitar təmizlik işləri aparılıb.
Bakı şəhərində müxtəlif tədbirlərin keçirilməsi ilə əlaqədar çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi ilə əlaqədar, insanların kütləvi şəkildə istirahət edəcəyi parklarda, küçə və prospektlərdə təmizlik və abadlıq işlərinin görülməsi ilə bağlı növbəti iməclik keçirildi. İməciliyin məqsədi rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarını daha da genişləndirilməsi, qulluq göstərilməsi, rayonun ekoloji tarazlığını bərpa edilməsi, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissini təbliğ olunmasından ibarətdir.
Qeyd edək ki, yeni-yeni yaşıllıq zonaları yaradılması, qulluq göstərilməsi, istirahət parklarının salınması, yeni ağacların əkilməsi, eyni zamanda abadlıq quruculuq işlərinin aparılması mütəmadi olaraq sanitar təmizlik işlərinin görülməsi Nəsimi rayonunda mütəmadi olaraq davam etdirilir.
Ənənəvi olaraq bu gün də Nəsimi rayonunda ümumrayon iməciliyi keçirilib. İməcilikdə rayonun kommunal xidmətləri tərəfindən prospekt və küçələrin səki kənarları, bardürlər, işıq dirəkləri, reklam lövhələri, yol kənarındakı məhəccərlər, məişət tullantıları konteynerləri və ətrafı yuyularaq təmizlənmişdir, yaşıllıqlara qulluq göstərilmiş, ağaclar budanılmışdır.
Eyni zamanda yollarda dezinfeksiya işləri aparılmış, yağış kürəbədləri də tullantılardan təmizlənmişdir. İməcilikdə ticarət obyektlərinin vitrinləri, şüşəli binaların fasadları yuyulub, ümumi sanitar-təmizlik işləri görülmüşdür.
Rayonda ənənə halını almış iməciliklərdə sakinlər, idarə və təşkilatların nümayəndələri yüksək fəallıq nümayiş etdirirlər