Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində iməcilik keçirilib.

11 mart 2023 | 11:21

İməciliyin məqsədi rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarını daha da genişləndirmək, rayonun ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissini təbliğ etməkdir.

Keçirilən iməcilik zamanı royonun kommunal xidmətləri tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bardürlərin, işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində yaşıllıqların,  oturacaqların təmizlənməsi və yuyulması işləri həyata keçirilmişdir.

Eyni zamanda parklarda, abad həyətlərdə, xiyabanlarda sanitar təmizlik işləri aparılmışdır. Magistral yol, prospektlərin kənarları yuyularaq təmizlənib, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında ümumi sanitar təmizlik işləri görülmüşdür.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun ayrı-ayrı ünvanlarında təmizlik, abadlıq, quruculuq və yenidənqurma işləri davam edir.

Keçidlər