Rayon ərazisində istismar müddəti bitmiş istilik boru xətləri yeniləri ilə əvəz olunub.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Nəsimi rayon ərazisində magistral və paylayıcı istilik xətlərində, eyni zamanda yaşayış binalarının istilik təchizatının bərpasının yaxşılaşdırılması məqsədilə tədbirlər həyata keçirilmişdir.
Beləki rayonun 3-cü mikrorayon Cavadxan küçəsi 26, 28, 30, 32, 36, 38 saylı yaşayış binalarını istiliklə təmin edən istismar müddəti bitmiş boru xətləri yeni D-130 mm-lik boru xətləri ilə əvəz olunmuşdur.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.