Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində küçə və prospektlərin piyada səkilərində əsaslı təmir işləri aparılıb.

02 dekabr 2023 | 11:25

Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, səkilərin, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması və əsaslı təmiri işləri davam etdirilir.

Nəsimi rayon ərazisində küçə və prospektlər boyunca  piyada səkilərində əsaslı təmir işləri davam etdirilir.  

Görülmüş işlər çərçivəsində piyadaların təhlükəsiz və rahat hərəkətinin təmin olunması, eyni zamanda piyadaların hərəkətinə maneə yaradan elementlərin ləğv edilməsi istiqamətində işlər aparılmışdır.

Aparılan təmir işləri zamanı yararsız vəyyətə düşmüş səkilərdə-pilləkənlərdə təmir-bərpa işləri aparılıb, piyada səkilərinə yeni tamet daşları vurulmuş, bardürlər düzülmüşdür. Qeyd edək ki, piyadaların rahat hərəkətinin təmin edilməsi üçün müəyyən hissələrdə  səkilərin genişləndirilməsi işləri  də aparılmışdır.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında  abadlıq, quruculuq və təmir işləri davam etdirilir.

Keçidlər