Rayon ərazisində küçələrə tamet daşları döşənilib.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Nəsimi rayonu Azadlıq prospekti, Şəmsi Bədəlbəyli, Süleyman Rüstəm, Süleyman Rəhimov, Dilarə Əliyeva, Rəşid Behbudov, Zeynal Abdiyev küçələrinin səkilərinə yeni tamet daşları döşənilmişdir. Qeyd edək ki, eyni zamanda həmin küçələrdə yeni gecə işıq dirəkləri də quraşdırılıb. Hazırlanmış plana uyğun olaraq digər küçələrdə səkilərin bərpası və tamet daşlarının döşənilməsi işləri davam etməkdədir.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.