Rayon ərazisində məhəllədaxili yollarda asfaltlaşma işləri davam edir.
Paytaxtımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmiri, asfaltlaşması istiqamətində işlər uğurla aparılır.
Nəsimi rayonunda rayon İcra Hakimiyyətinin başçısının keçirdiyi səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində işlər davam etməkdədir. Sakinlərin müraciətləri nəzərə alınaraq, həyətlərin, məhəllədaxili yolların asfaltlaşması ilə bağlı müvafiq tövsiyyələr verilir.
Belə ki, rayonun müxtəlif ünvanlarında, məhəllədaxili yollarda təmir-bərpa işləri aparılıb, yeni asfalt örtüyü vurulub.
Bu istiqamətdə işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq-quruculuq və yenidənqurma işləri davam etməkdədir.