Rayon ərazisində məişət tullantıları üçün yeni konteynerlər quraşdırılmış və cari təmir işləri aparılmışdır.
Bakı şəhərində aparılan abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yarasız vəziyyətə düşmüş yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.
Qeyd edə ki, rayonun kommunal xidmətləri tərəfindən rayon ərazisində, mərkəzi küçə və prospektlərdə, avtobus dayanacaqlarında, əhalinin sıx hərəkəti olan yerlərdə, metro stansiyalarının çıxışlarında yeni kiçik tullantı qabları və iri ölçüdə olan tullantı konteynerləri quraşdırılmışdır.
Eyni zamanda rayon ərazisində yararsız vəziyyətə düşmüş kiçik ölçülü tullantı qabları və iri ölçüdə olan tullantı konteynerlər ərazidən çıxarılaraq yeniləri ilə əvəz olunmuş, digərlərinin qapaqları dəyişdirilərək cari təmir və sanitar təmizlik işləri aparılmışdır.
Bu istiqamətdə həyata keçirilən işlər davam etməkdədir.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında təmizlik, abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.