Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində məişət tullantıları üçün yeni konteynerlər quraşdırılmış və cari təmir işləri aparılmışdır.

19 sentyabr 2024 | 10:02

Bakı şəhərində yeni layihə - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi Konsepsiyasının icrası davam etdirilir. Bununla bağlı hər məhəllədə məişət tullantıları üçün yaradılan meydançalara yeni, müasir tipli konteynerlərin sayının artırılması quraşdırılması işləri aparılır. Əsas məqsəd şəhərimizin təmiz saxlanılmasına, gözəlləşməsinə, ətraf mühitin və sağlamlığın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına xidmət etməkdir.

Belə ki, rayon ərazisində yararsız vəziyyətə düşmüş iri ölçüdə olan tullantı konteynerlər ərazidən çıxarılaraq yeniləri ilə əvəz olunmuşdur. Bu istiqamətdə həyata keçirilən işlər davam etməkdədir.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun ayrı-ayrı ünvanlarında təmizlik, abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.

Keçidlər