Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində mərkəzi küçə və prospektlərdə qeyri-yaşayış obyektlərinin qarşısında gül dibçəkləri qoyulmuşdur.

12 oktyabr 2024 | 11:03

Prezident İlham Əliyevin Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu çərçivədə bütün ölkə ərazisində olduğu kimi Nəsimi rayonunda da il ərzində yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə işlər davam etdirilir.

Eyni zamanda ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarının daha da genişləndirilməsi, qulluq göstərilməsi, rayonun ekoloji tarazlığını bərpa edilməsi, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissinin təbliğ olunması məqsədilə, yaşıllaşdırma işlər davam etdirilir.

Rayonun  mərkəzi  küçə və prospektlərdə  qeyri-yaşayış obyektlərinin qarşısında gül dibçəkləri qoyulmuşdur. Bu istiqamətdə işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, işlər davam etdirilir.

Keçidlər