Rayon ərazisində mərkəzi küçə və prospektlərdə yaşayış və qeyri yaşayış obyektlərinin fasadlarında təmir-bərpa işləri davam etdirilir.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, həyətlərin, parkların, yol boyu istinad divarlarının, səkilərin, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı və cari təmiri işləri davam etdirilir.
Eyni zamanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbirinin Azərbaycanda keçirilməsi və Bakı şəhərinə çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi ilə əlaqədar, mərkəzi küçə və prospektlərdə təmizlik və abadlıq işlərinin, şəhərin ümümi görünüşünə xələl gətirən yerlərdə təmir-barpa işlərinin dahada intensiv aparılması davam etdirilir.
Belə ki, rayonun Azadlıq prospekti, Rəşid Behbudov, Alı Mustafayev, M.Cəfərov, S.Vurğun, C.Məmmədquluzadə küçələrində yaşayış və qeyri-yaşayış obyektlərinin fasadlarında sıradan çıxmış alkapon materialdan olan üzlüklər sökülərək yenidən yeniləri ilə bərpa olunur.
Qeyd edək ki, işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında abadlıq, quruculuq və təmir işləri davam etdirilir.