Rayon ərazisində mövcud konteyner meydançaları genişləndirilir, səliqə-səhman işləri aparılır.
Bakı şəhərində yeni layihə - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi Konsepsiyasının icrası davam etdirilir. Bununla bağlı hər məhəllədə məişət tullantıları üçün yaradılan meydançalara yeni, müasir tipli konteynerlərin sayının artırılması quraşdırılması işləri aparılır. Əsas məqsəd şəhərimizin təmiz saxlanılmasına, gözəlləşməsinə, ətraf mühitin və sağlamlığın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına xidmət etməkdir.
Belə ki, rayon ərazisində mövcud konteyner meydançalarında ehtiyac olduğuna görə əlavə konteynerlər qoyulur. Meydançalar genişləndirilir, səliqə-səhman işləri aparılır. Mütəmadi olaraq konteyner meydançalarında monitorinqlər aparılır, ehtiyac olan ərazilərdə yeni konteynerlər əlavə edilir. Eyni zamanda gigiyenik normalara əsaslanaraq ətrafda sanitar təmizlik tədbirləri aparılmışdır.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.