Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində mövsümi yaşıllaşdırma işləri aparılıb.

02 mart 2023 | 10:32

Nəsimi  rayonunda yaşıllaşdırma, ağac əkməklə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək istiqamətində silsilə yaşıllaşdırma işləri  aparılır.

Məqsəd rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdir.

Nəsimi rayonu  Vaqif prospekti və Bakixanov küçələrini əhatə edən yaşıllıq zolaqlarında  yaşıllaşdırma və aqrotexniki qulluq işləri aparılıb. Mövcud yaşıllıq zolaqlarında yararsız vəziyyətə düşmüş qazon örtüyü yenisi ilə əvəz olunub və eldar şamı ağacları əkilmişdir. Eyni zamanda, quru ağaclar budanaraq , ümumi sanitar təmizlik  işləri görülmüşdür.

Digər yaşıllıqların bərpası istiqamətində tədbirlər davam etdirilir, rayonda  yeni yaşıllıq zolaqlarının salınması, ekoloji mühitin sağlamlaşdırılması və paytaxtımızın daha da gözəlləşməsinə yönəlmiş işlər daim nəzarətdə saxlanılır.

 

Keçidlər