Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində mozaika sənətinin nümunələri olan abidələrin ətrafında təmir işləri aparılıb.

14 aprel 2025 | 10:45

Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların,  yolların, səkilərin, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı təmiri işləri davam etdirilir.

Belə ki, əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və  istirahəti üçün mövcud parklarda, abad həyətlərdə əsaslı və cari təmir işləri  aparılır.

Aparılan abadlıq işləri çərçivəsində Nəsimi rayonu Tbilisi prospekti 54 və  Əbdülvahab Salamzadə küçəsində mozaika sənətinin nümunələri olan abidələrin ətrafında başlanılmış cari təmir işləri yekunlaşıb. Yararsız vəziyyətdə olan qranit daşları dəyişdirilib, bardürlər yeniləri ilə əvəz olunub, yeni oturacaqlar quraşdırılıb, mövsümi güllər əkilib.

Keçidlər