Rayon ərazisində mozaika sənətinin nümunələri olan abidələrin ətrafında təmir işləri aparılır.
03 fevral 2025 | 11:13
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, səkilərin, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı təmiri işləri davam etdirilir.
Belə ki, əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və istirahəti üçün mövcud parklarda, abad həyətlərdə əsaslı və cari təmir işləri aparılır.
Qeyd edək ki, Nəsmi rayonu Bakıxanov və Rəşid Behbudov küçələrinin kəsişməsində, Əbdülvahab Salamzadə küçəsində mozaika sənətinin nümunələri olan abidələrin ətrafında cari təmir işlərinə başlanılıb. Yararsız vəziyyətdə olan qranit daşları dəyişdirilir, bardürlər yeniləri ilə əvəz olunur.