Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində MTK-nin və Təhsil müəssisələrinin ərazisində iməcilik keçirilib.

22 iyun 2024 | 11:27

Bakı şəhərində müxtəlif tədbirlərin keçirilməsi, çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi ilə əlaqədar,  insanların kütləvi şəkildə istirahət edəcəyi parklarda, küçə və prospektlərdə  təmizlik və abadlıq işlərinin görülməsi ilə bağlı növbəti iməclik keçirildi.

İməciliyin məqsədi rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarının daha da genişləndirilməsi, qulluq göstərilməsi, rayonun ekoloji tarazlığını bərpa edilməsi, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissinin təbliğ olunmasından ibarətdir.

İməcilik zamanı MTK-nın ərazisində  və Təhsil müəssisələrinin ərazisində yollar  yuyulub, təmizlik işləri görülmüşdür.

Eyni zamanda müəssisələrin əməkdaşları iməcilikdə yaxından iştirak edərək ətrafda səliqə-sahman yaradıblar. Təhsil, müəssisə, idarə və təşkilatların kollektivləri, şəhər sakinləri bu iməclikdə fəal şəkildə iştirak ediblər.

Yolların kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub,  ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib.

Rayonun sanitar təmizliyinin lazımı səviyyədə saxlanılması və yaşıllıqların qorunması üçün tələb olunan bütün tədbirlər davam etdirilir.

Keçidlər