Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində parkda yaşıllaşdırma işləri aparılıb.

28 yanvar 2024 | 10:05

Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir. Eyni zamanda ekoloji mühitin sağlamlaşdırılması və paytaxtımızın daha da gözəlləşməsinə yönəlmiş işlər çərçivəsində parklarda mövsümi yaşıllaşdırma işləri aparılıb.

Görülmüş işlər çərçivəsində Nəsimi rayonu Həsən Əliyev küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində yerləşən parkda səliqə-səhman  işləri aparılmışdır. Qeyd edək ki, təhlükəli vəziyyətdə olan ağaclar budanaraq ərazidən çıxarılmış, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir. Parkda müxtəlif növ yeni ağaclar və gül kollar əkilmişdir. Eyni zamanda işıqlandırma sistemi də bərpa edilmişdir.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun ayrı-ayrı ünvanlarında təmizlik, abadlıq, quruculuq və yenidənqurma işləri davam edir.

 

Keçidlər