Rayon ərazisində parklara və “Abad həyət” layihəsi çərçivəsində istifadəyə verilmiş həyətlərə baxış keçirildi.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Rayon ərazisində aparılan “Abad həyət” layihəsinin əsas məqsədi ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və RİH nümayəndələri Nəsimi rayonu Vaqif prospekti və Mir Cəlal küçələri boyu parklara və yaşıllıq zolaqlarına, eyni zamanda “Abad həyət” layihəsi çərçivəsində istifadəyə verilmiş Hüseyn Seyidzadə küçəsi boyu həyətlərə baxış keçirdi.
Baxış zamanı parklarda ərazinin sanitar təmizliyi və yaşıllıqların, oturacaqların ümumi vəziyyəti ilə tanış olub. Gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmləndirilməsinə, asudə vaxtlarını səmərəli keçirməsi, onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması üçün həyətlərdə quraşdırılmış uşaq oyun elementlərinin, idman qurğularının, ümumi vəziyyəti ilə tanış olub.
Eyni zamanda qeyd olunan ünvanlarda həyət sakinləri ilə görüşüb, onların qaldırdıqları məsələlərin operativ həlli ilə əlaqədar aidiyyatı şəxslərə müvafiq tövsiyyələr verilib.
Nəsimi rayonunda görülən işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.