Rayon ərazisində parklarda və yol kənarındakı istinad divarlarında cari təmir işləri aparılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əiyevin tapşırıqlarına əsasən Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, səkilərin, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı təmiri işləri davam etdirilir.
Qeyd edək ki, Nəsimi rayonunda əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və istirahəti üçün mövcud parklarda eyni zamanda abad həyətlərdə, yol kənarındakı istinad divarlarında əsaslı və cari təmir işləri aparılıb.
Aparılan abadlıq və cari təmir işləri zamanı parklarda sıradan çıxmış idman qurğuları təmir edilib. Rayonun ayrı-ayrı ünvanlarında görünüşə xələl gətirən istinad divarlarında və səkilərində cari təmir işləri aparılıb. Bu istiqamətdə işlər davam etməkdədir. Eyni zamanda parklarda sıradan çıxmış tamet daşları yeniləri ilə əvəz olunmuşdur.
Qeyd edək ki, işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında abadlıq, quruculuq və təmir işləri davam etdirilir.