Rayon ərazisində parklarda, xiyabanlarda abad həyətlərdə cari təmir işləri aparılıb.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, səkilərin, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı təmiri işləri davam etdirilir.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısının keçirdiyi səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində işlər davam etdirilir. Belə ki, rayon ərazisində əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və istirahəti üçün mövcud parklarda, abad həyətlərdə əsaslı və cari təmir işləri aparılır.
Belə ki, rayon ərazisində parklarda və xiyabanlarda abad həyətlərdə və digər istirahət məkanlarında istismar müddəti başa çatmış və yararsız vəziyyətdə olan oturacaqlar yeniləri ilə əvəz olunmuş və digər oturacaqlar, söhbətgahlar təmir edilmiş və rənglənmişdir.
Eyni zamanda parklarda, yol kənarlarında yararsız vəziyyətdə olan tamet daşları və istinad divarları aqlay daşla bərpa olunur. Bu istiqamətdə işlər davam etdirilir.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında abadlıq, quruculuq və təmir işləri davam etdirilir.