Rayon ərazisində parklarda yeni oturacaqlar, kiçik tutumlu urnalar quraşdırılıb, cari təmir işləri görülüb.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, səkilərin, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı təmiri işləri davam etdirilir.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısının keçirdiyi səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində işlər davam etdirilir. Belə ki, rayon ərazisində əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və istirahəti üçün mövcud parklarda, abad həyətlərdə əsaslı və cari təmir işləri aparılır.
Belə ki, rayon ərazisində parklarda və xiyabanlarda abad həyətlərdə və digər istirahət məkanlarında istismar müddəti başa çatmış və yararsız vəziyyətdə olan oturacaqlar yeniləri ilə əvəz olunmuş və digər oturacaqlar, söhbətgahlar təmir edilmiş və rənglənmişdir.
Eyni zamanda parklarda, yol kənarlarında yararsız vəziyyətdə olan kiçik tutumlu tullantı qabları, urnalar da yeniləri ilə əvəz olunmuşdur. Bu istiqamətdə işlər davam etdirilir.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında abadlıq, quruculuq və təmir işləri davam etdirilir.