Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində parklarda yeni oturacaqlar quraşdırılıb.

26 mart 2024 | 09:59

Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların,  yolların, səkilərin, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı təmiri işləri davam etdirilir.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısının keçirdiyi səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində işlər davam etdirilir. Belə ki, rayon ərazisində əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və  istirahəti üçün mövcud parklarda, abad həyətlərdə əsaslı və cari təmir işləri aparılır.

Belə ki, rayon ərazisində  parklarda və xiyabanlarda istismar müddəti başa çatmış oturacaqlar yeniləri ilə əvəz olunmuşdur. Eyni zamanda parklarda, yol kənarlarında  yararsız vəziyyətdə olan kiçik tutumlu tullantı qabları, urnalar yeniləri ilə əvəz olunmuşdur.  Bu istiqamətdə işlər davam etdirilir.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında  abadlıq, quruculuq və təmir işləri davam etdirilir.

Keçidlər