Rayon ərazisində piyada səkilərində cari təmir işləri aparılıb.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, yolların bərpası, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Görülmüş işlər çərçivəsində Nəsimi rayonunun Azadlıq prospekti boyunca və mərkəzi küçələrdə eyni zamanda rayonun digər ünvanlarında yararsız hala düşmüş piyada səkilərində cari təmir işləri aparılmışdır. Yararsız hala düşmüş piyada səkiləri tamet və üzlük daşlarla yenilənərək dəyişdirilmişdir. Qeyd edək ki, rayon ərazisində bu işlərlə yanaşı yol kənarında yerləşən məhəccərlər də təmir olunaraq rənglənmişdir.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.