Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində piyada səkilərində cari təmir işləri aparılır.

02 mart 2023 | 10:49

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması,  yolların bərpası, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Nəsimi rayonunun Azadlıq  prospekti  boyunca  mərkəzi küçələrdə eyni zamanda rayonun digər ünvanlarında yararsız hala düşmüş piyada səkilərində cari təmir işləri aparılır. Yararsız hala düşmüş piyada səkiləri tamet daşlarla yenilənərək dəyişdirilir.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.

Keçidlər