Rayon ərazisində piyada səkilərində əsaslı təmir işləri aparılıb.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, yolların bərpası, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Nəsimi rayonu Həsən Əliyev küçəsində piyada səkilərinin yararsız vəziyyətdə olması və səkilərdə pilləkən tikilməsinə ehtiyac olması ilə bağlı sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq, yeni istinad divarları və pilləkənlər tikilərək piyada səkilərində əsaslı təmir işləri aparılıb. Eyni zamanda aqlay daşla üzlənilməsi, bardürlərin və tamet daşlarının düzülməsi işləri də aparılıb.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.