Rayon ərazisində piyada səkilərində əsaslı təmir işləri davam edir.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, yolların bərpası, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Nəsimi rayonunun Azadlıq prospekti boyunca Dilarə Əliyeva, Süleyman Rəhimov, Süleyman Rüstəm küçələrində yararsız hala düşmüş piyada səkilərində əsaslı təmir işləri aparılıb. Yararsız hala düşmüş piyada səkiləri tamet və qranit daşlarla yenilənərək dəyişdirilir. Eyni zamanda yeni küçə işıqları çəkilmişdir.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.