Rayon ərazisində piyadaların hərəkəti olan yollar və ictimai-iaşə obyektlərinin qarşısı qardan təmizlənib.
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Nəsimi rayonunda yolların, piyada səkilərinin və ticarət obyektlərinin qarşısında qardan təmizlənmə istiqamətində işlər gücləndirilmiş iş rejimində davam etdirilib.
Bu gün gecə saatlarından etibarən qarın yağması ilə əlaqədar yolların, küçələrin qar və buzla örtülməməsi üçün, nəqliyyatın və piyadaların hərəkətində çətinliklərin aradan qaldırılması üçün Nəsimi rayonunun kommunal strukturları və aidiyyəti qurumları xüsusi gücləndirilmiş iş rejimində fəaliyyətə başlayıb.
Bununla əlaqədar yağan qarın küçə, prospektlərdən və piyada səkilərindən, avtobus dayanacaqlarından, metro stansiyalarının qarşısından təmizlənməsi işləri görülüb.
Eyni zamanda qarın təmizlənməsi üçün yollarla yanaşı vətəndaşların daha çox istifadə etdikləri yerlər ictimai-iaşə, təhsil, səhiyyə və ticarət obyektlərinin qarşısı və digər müəssisələrin ətrafı da təmizlənib. Təmizləmə işlərində həmin müəssisələrin əməkdaşları və ictimai-iaşə obyektlərində çalışanlar da yaxından iştirak ediblər. Bu istiqamətdə işlər gün ərzində davam etdirilir.