Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində qardan təmizlənmə işləri davam etdirilib.

15 yanvar 2024 | 09:49

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Nəsimi rayonunda yolların, piyada səkilərinin və ticarət obyektlərinin qarşısında qardan təmizlənmə istiqamətində işlər gücləndirilmiş iş rejimində davam etdirilir.

Günün erkən saatlarından etibarən yollarda, küçələrdə, nəqliyyatın və piyadaların hərəkəti olan yerlərdə yağan qarın təmizlənməsi  işləri Nəsimi rayonunun kommunal strukturları və aidiyyəti qurumları tərəfindən xüsusi gücləndirilmiş iş rejimində  fəaliyyətini davam etdirib.

Qarın təmizlənməsi üçün yollarla yanaşı vətəndaşların daha çox istifadə etdikləri yerlər  ictimai-iaşə, təhsil, səhiyyə və  ticarət obyektlərinin qarşısı və digər müəssisələrin ətrafı da qardan təmizlənib.

Keçidlər