Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində şəhərin ümumi görünüşünə xələl gətirən hasarların yenidən quraşdırılması və təmir-bərpa işləri davam etdirilir.

12 iyun 2024 | 11:52

Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, həyətlərin, parkların, yol boyu istinad divarlarının, səkilərin, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı və cari təmiri işləri davam etdirilir.

Eyni zamanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbirinin Azərbaycanda keçirilməsi və Bakı şəhərinə çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi ilə əlaqədar,  mərkəzi küçə və prospektlərdə  təmizlik və abadlıq işlərinin, şəhərin ümümi görünüşünə xələl gətirən binaların fasadlarında və müxtəlif ünvanlarda, eyni zamanda müxtəlif ünvanlarda istinad divarlarının, hasarların təmir-bərpa işlərinin   daha da intensiv şəkildə aparılması davam etdirilir.

Belə ki, rayonun Neftçilər prospekti boyu, Həzi Aslanov  küçəsi 80, Azadlıq pr. 64-66, Əbülvahab Salamzadə küçəsi boyu, Şamil Əzizbəyov küçəsi 219, Nəcəf bəy Vəzrov küçəsi 1-3, Süleyman Rəhimov küçəsi 213, Dilarə Əliyeva küçəsi ilə Kiçik Dəniz küçəsinin kəsişməsi, Həzi Aslanov küçəsi 70 saylı ünvanlarda MTK-lar tərəfindən hasarlanmış ərazilərdə şəhərin ümumi görünüşünə xələl gətirən hasarlar sökülərək yenidən kompozit materiallardan quraşdırılır.

Eyni zamanda bu istiqamətdə işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla müxtəlif ünvanlarda da təmir-bərpa işləri davam etdirilir.

Keçidlər