Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində ticarət obyektlərinin vitrinlərində sanitar təmizlik işləri aparılıb.

16 sentyabr 2023 | 11:08

Bakı şəhərində olduğu kimi  abadlıq quruculuq işlərinin, sanitar təmizlik işlərinin və iməcliklərin aparılması  Nəsimi rayonunda da mütəmadi olaraq davam etməkdədir.

Ənənəvi olaraq bu gün də  Nəsimi rayonunda ümumrayon iməciliyi keçirildi. İlk öncə bütün ictimai yerlərdə, o cümlədən küçə və prospektlərdə, dayanacaqlarda, binaların bloklarında və giriş qəfəslərində sanitar təmizlik  işləri aparılmışdır.

Eyni zamanda  ticarət obyektlərinin vitrinləri,  abad həyətlərdə  və parklarda ümumi  sanitar-təmizlik işləri  də aparılıb.  

Rayonda ənənə halını almış iməciliklərdə sakinlər, idarə və təşkilatların nümayəndələri yüksək fəallıq nümayiş etdirirlər.

Keçidlər