Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində tikinti aparılan binaların hasarlarında təmir bərpa işləri aparılıb

14 iyul 2023 | 10:00

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, işləri uğurla davam etdirilir.

Tikinti-quruculuq işlərinin aparılması ölkəmiz üçün nə qədər vacibdirsə, insanların sağlamlığının qorunması ondan da vacibdir. Buna  görə də insanların təhlükəsizliyi daim diqqət mərkəzindədir.

Tikinti aparılan binalarda təhlükəsizliyin təmin olunması və tikinti zamanı standartlara əməl olunması üçün, binaların ətrafı  hasarlarla əhatə olunur.

Belə ki, rayon ərazisində Üzeyir Hacıbəyov  küçəsi və Neftçilər prospektində tikinti aparılan binaların hasarlarında təmir bərpa işləri aparılmış, eyni zamanda şəhərin ümumi görünüşünə xələl gətirən  hasarların üzərindəki bannerlər yeniləri ilə əvəz olunmuşdur.  Binaların ətrafında səliqə səhman işləri aparılmışdır.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun  digər ünvanlarında  da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.

Keçidlər