Rayon ərazisində ümumi təmizlik tədbirləri həyata keçirilir.
İməcilik zamanı royonun kommunal xidmətləri tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bardürlərin və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində yaşıllıqların, oturacaqların təmizlənməsi həyata keçirildi.
Eyni zamanda iməcilikdə havanın şəraitinin kəskin dəyişməsi ilə əlaqədar parklarda, abad həyətlərdə, xiyabanlarda küləyin yaratdığı fəsadlar aradan qaldırılır, sanitar təmizlik işləri aparılır. Küçələr boyunca yerləşən yağış suları axıdan kürəbəndlər və magistral yol və prospektlərin kənarları təmizlənib, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında ümumi sanitar təmizlik işləri görülüb.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında təmizlik, abadlıq, quruculuq və yenidənqurma işləri davam edir.