Rayon ərazisində yağış kürəbənd barmaqlıqlarına baxış keçirilib.
13 yanvar 2024 | 10:37
Nəsimi rayonda mütəmadi olaraq qış mövsümü ilə əlaqədar tədbirləriin keçirilməsi təmin edilir, verilən tapşırıqlar və görülən işlər operativ icra vəziyyətində saxlanılır.
Qış mövsümünə hazırlıqla bağlı yaranan problemlərin aradan qaldırılması məqsədilə rayon ərazisində əsas küçə və prospektlərdə yağış kürəbənd barmaqlıqlarına baxış keçirildi.
Hava şəraitinin dəyişməsi, qabaqlayıcı tədbirlərin görülməsi üçün yağış kürəbəndləri tullantılardan təmizlənmişdir.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.