Rayon ərazisində yağış kürəbəndlərində təmizlik işləri və istinad divarlarında təmir-bərpa işləri aparılıb.
08 sentyabr 2023 | 09:52
Payız - qız mövsümünə hazırlıqla bağlı yaranan problemlərin aradan qaldırılması məqsədilə Nəsimi rayon ərazisində əsas küçə və prospektlərdə yağış kürəbənd barmaqlıqlarına baxış keçirilib.
Hava şəraitinin dəyişməsi, qabaqlayıcı tədbirlərin görülməsi üçün yağış kürəbəndləri yuyularaq təmizlənmişdir.
Eyni zamanda mərkəzi küçə və prospektlərdə şəhərin estetik görünüşünə xələl gətirən hasar və istinad divarlarında cari təmir işləri aparılıb.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında abadlıq, quruculuq və yenidənqurma işləri davam edir.