Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində yaşıllaşdırma işləri aparılıb.

10 dekabr 2023 | 09:59

Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir. Eyni zamanda ekoloji mühitin sağlamlaşdırılması və paytaxtımızın daha da gözəlləşməsinə yönəlmiş işlər çərçivəsində parklarda, abad həyətlərdə, xiyabanlarda mövsümi yaşıllaşdırma işləri aparılıb.

Görülmüş işlər çərçivəsində Nəsimi rayon ərazisində mərkəzi küçə və prospektlərin  parklarda, abad həyətlərdə, xiyabanlarda, məhəllə və yol kənarlarındakı yaşıllıqların bərpası işləri aparılmışdır. Qeyd edək ki, müxtəlif növ yeni ağaclar, kollar əkilmişdir. Qazon örtükləri ilə yeni yaşıllıq zolaqları da yaradılmışdır. Eyni zamanda təhlükəli olan ağaclar budanaraq ərazidən çıxarılmış, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun ayrı-ayrı ünvanlarında təmizlik, abadlıq, quruculuq və yenidənqurma işləri davam edir.

Keçidlər