Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində yaşıllaşdırma işləri aparılıb.

22 fevral 2024 | 13:23

Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir. Eyni zamanda ekoloji mühitin sağlamlaşdırılması və paytaxtımızın daha da gözəlləşməsinə yönəlmiş işlər çərçivəsində parklarda mövsümi yaşıllaşdırma işləri aparılıb.

Görülmüş işlər çərçivəsində Nəsimi rayonu ərazisində yerləşən Koroğlu parkında səliqə-səhman  işləri aparılmış, müxtəlif növ yeni ağaclar əkilmişdir, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir.

Eyni zamanda  rayonun Moskva prospekti 72 saylı ünvanında yerləşən həyətyanı sahədə torpaq işləri görülmüş, yeni qazon örtüyü salınmışdır. 

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun ayrı-ayrı ünvanlarında təmizlik, abadlıq, quruculuq və yenidənqurma işləri davam edir.

Keçidlər