Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində yaşıllaşdırma işləri davam etdirilir.

21 yanvar 2023 | 11:31

Nəsimi  rayonunda yaşıllaşdırma, ağac əkməklə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək istiqamətində silsilə yaşıllaşdırma, ağacəkmə işləri  keçirilib.

Məqsəd rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdir.

Nəsimi rayon ərazisində parklarda, xiyabanlarda, məhəllələrdə, abad həyətlərdə, mərkəzi küçə və prospektlərdə köküstə qurumuş ağaclar budanaraq ərazidən götürülüb, aqrotexniki qulluq göstərilmişdir. Eyni zamanda nəzərdə tutlmuş yerlərdə  zeytun, müxtəlif növ şam ağacları və həmişəyaşıl kollar əkilmişdir.

Digər yaşıllıqların bərpası istiqamətində tədbirlər davam etdirilir, rayonda   yeni yaşıllıq zolaqlarının salınması, ekoloji mühitin sağlamlaşdırılması və paytaxtımızın daha da gözəlləşməsinə yönəlmiş işlər daim nəzarətdə saxlanılır.

Keçidlər