Rayon ərazisində yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, həyətlərin, parkların, yol boyu istinad divarlarının, səkilərin, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı və cari təmiri işləri davam etdirilir.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbirinin Azərbaycanda keçirilməsi və Bakı şəhərinə çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi ilə əlaqədar, mərkəzi küçə və prospektlərdə, parklarda təmizlik və abadlıq işlərinin, eyni zamanda ətraf mühitin mühafizəsinə töhfə vermək, rayonun ekoloji tarazlığının bərpa edilməsi, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissinin təbliğ olunması məqsədilə işlərin daha da intensiv şəkildə aparılması davam etdirilir.
Qeyd edək ki, Nəsimi rayonunun küçə və prospektlərində, parklarda mövcud ağaclar budanılıb, yaşıllıq zolaqlarına, ağaclara aqrotexniki qulluq göstərilib, səliqə-səhman işləri aparılıb.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında abadlıq, quruculuq və təmir işləri davam etdirilir.